Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

24.08.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.


Yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 7-ci nömrəsinə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci nömrəsində dərc olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью