Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb AZƏRTAC

18.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 yanvar, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nurgül Əhmədova “Aspire Leaders” proqramına qəbul alıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.

Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью