Ali Nümayəndə: Aİ Azərbaycanda minaların təmizlənməsinə töhfə verir

25.04.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsinə töhfə verir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Burada danışıqlarımızı yeni əməkdaşlıq razılaşdırması əsasında gücləndirəcəyik. Bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Bizim prinsiplərimizdə qanunun aliliyi və insan hüquqları əsas götürülüb”, - Kaya Kallar vurğulaybıb.

O, xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanla münasibətlər barədə geniş müzakirə apardığını da qeyd edib: “Mən sülh sazişinin mətni üzrə razılığa gəlinməsini məmnuniyyətlə qarşılayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью