Ali Radanın komitə sədri: Ukraynasız heç bur danışıq olmayacaq

03.02.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Dəfələrlə müxtəlif səviyyələrdə - həm prezident həm parlament səviyyəsində bilirmişik ki, Ukrayna ilə bağlı danışıqlar bizim iştirakımız olmadan gedə bilməz. Heç kim də bunu gözləməsin.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski müharibənin bitməsi ilə bağlı gedən xəbərlərə münasibət bildirərkən deyib.

"Tramp və Putin arasında Ukraynanın taleyi ilə bağlı razılaşmanın olacağını gözləmirik. Burada söhbət mövcud olan beynəlxalq normalardan gedir. Həmin normalar Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini zəmanətə alır. Bu, BMT-nin statusudur. Hərçənd biz görürük ki Rusiya bütün beynəlxalq hüquq normalarına məhəl qoymur. Budapeşt memorandumunda verilən təhlükəsizlik zəmanətini pozub.

Hesab edirəm ki, Ukrayna heç kimə öz maraqlarının pozulmasına imkan verməyəcək", - komitə sədri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью