Ali şaman açıqladı: İnsanlar ruhlardan daha çox bunları diləyirlər

30.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Şamanlara müraciət edən insanlar ruhlardan sağlamlıq, firavanlıq və əmin-amanlıq diləyirlər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ali şamanı Kara-ool Dopçun-ool məlumat verib.

O, həmçinin əlavə edib ki, xalqlar arasında dostluq lazımdır.

Dopçun-oolun sözlərinə görə, o, dekabrın 31-də ritual edəcək. Əvvəllər o, şamanların adətən yeni ilin başlanğıcını günəşi qarşılamaqla qeyd etdiyi qış gündönümündən sonra dekabrın 22-də kamlala ifa edirdi.

Kara-ool Dopçun-ool 2018-ci ildə Tuvanın paytaxtı Qızılda keçirilən birinci Ümumrusiya Şamanlar Konqresində Rusiyanın ali şamanı seçilib.

Xəzər

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью