“Ali təhsil artıq elit seçim deyil, kütləvi mərhələyə keçib” Kamran Əsədov | Icma.az
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Son yarım əsrin təhsil göstəricilərinə baxanda çox aydın bir tendensiya görünür: ali təhsil artıq “elit seçim” deyil, kütləvi mərhələyə keçib.
Əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15-20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25-30 faizə qalxmışdı.
Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50–70 faiz, hətta daha yüksəkdir.
Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-də 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir.
Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir".
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
"Pandemiyadan sonra isə daha dərin bir dönüş baş verdi. Ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşdı.
Tam oxu
Xəbəri oxu