Ali təhsil müəssisələrində vəziyyət acınacaqlıdır AÇIQLAMA

30.07.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bəzi ali təhsil müəssisələrində ixtisasların öyrədilməsi arzulanan səviyyədə deyil".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

“Bizim hər hansı bir tələbəmiz universiteti bitirdikdən sonra birbaşa əmək bazarına qoşula bilmir. Məcburdur ki, ixtisası üzrə gedib haradasa təcrübə və ya staj keçsin, eləcə də hazırlaşsın. Məsələn, pedaqoji ixtisasları bitirənlər müəllimlərin işə qəbulu (MİQ) imtahanına girə bilmirlər. Eləsi olur ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirir, amma gedib birbaşa əmək bazarında mühasibatlıq sahəsində fəaliyyət göstərə bilmir. Nəyə görə? Çünki ali təhsil müəssisələrində peşəyönümlü öyrətmə arzulanan səviyyədə deyil. Təbii ki, bunu bütün ali təhsil müəssisələrimizə şamil etmək olmaz. Yəni bir neçə ali təhsil müəssisəsi istisna olmaqla, əksəriyyətində vəziyyət acınacaqlıdır”, - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью