Ali təhsil sistemində yanaşmalarımız çox köhnəlib Nazir

11.12.2024

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

“Alimlərimizin dünya elminə inteqrasiyası, dünyanın aparıcı alimlərin ölkəmizdə elmi tədqiqatlara cəlb olunması bizim üçün prioritet istiqamətdir və hesab edirəm ki, bu sahədə görüləcək işlər daha çoxdur. Xaricdən dəvət edilən alimlərlə bağlı mövcud qəliblər dəyişməlidir. Ali təhsil sistemində olan yanaşmalarımız çox köhnəlib. Pilot layihələrin işinə baxanda görünür ki, ayrılmış maliyyə bəzi bürokratik səbəblərdən təyinatı üzrə düzgün xərclənmir. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir. Eyni zamanda, xarici alimlərin ölkəmizdə tədqiqat aparması, yaşayıb-işləməsi prosesində sənədləşmələr də sadələşdirilməlidir”, – nazir bildirib. (APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью