Ali təhsildə bir çox fənni distant formada təşkil etmək mümkündür Təhsil eksperti

17.12.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

“Bəzi humanitar fənlərin distant qaydada tədrisi mümkün ola bilər. Bu mümkündür. Amma bunun birdən-birə və kütləvi şəkildə tətbiq etmək bir qədər çətin olar”.

Bunu təhsil eksperti Məzahir Məmmədli 525.az-a söyləyib. O deyib ki, bu ilk olaraq pilot layihə kimi tətbiq edilə bilər:

“Ali təhsildə bir çox fənni distant formada təşkil etmək mümkündür. Bu isə həm universitetlərdəki sıxlığın azalmasına, həm də nəqliyyat və şəhərdaxili hərəkətdə yaranan yüklənmənin aradan qaldırılmasına səbəb ola bilər. Lakin ümumi təhsil məktəblərində zərurət yaranmadığı halda, distant təhsilin geniş şəkildə tətbiq etmək nə dərəcədə effekli olar onu deyə bilmərəm”.

Sevinc Qarayeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью