Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 noyabr 2024-cü ildə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncam imzalayıb.
MÖVZU İLƏ BAĞLI:Magistr olmaq istəyənlərin nəzərinə - İMTAHAN VAR Bu sərəncam nəyi hədəfləyir?Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında bildirib ki, Prezidentin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdi: “Təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə məzmun islahatlarının inkişaf etdirilməsi kimi vacib hədəfi əhatə edirdi.
“Proqram”da xüsusi olaraq vurğulanırdı ki, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır.
Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir.
Bütün bunlar təhsilin dövlət xərclərində prioritetliyini getdikcə artırmaqdadır.
Dövlətin təhsil xərcləri cəmiyyət üçün yüksək iqtisadi gəlirliyə malikdir.
Sözügedən sənəddə o da diqqətə çatdırılırdı ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir.