Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyədə ali təhsilin müddəti azaldılır.
Redaktor.az xəbər verir ki, bunu ölkənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.
Onun sözlərinə görə, Türkiyədə ali təhsilin yeni modeli hazırlanır: “Yeni model ali təhsilin 4 deyil, 3 il olmasını nəzərdə tutur. Hər il 3 simestr olacaq. Dərs proqramları isə daha genişləndiriləcək”.
Yeni model 2026-2027-ci tədris ilindən tətbiq ediləcək.