Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqləndi

03.12.2024

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.

Sözügedən təsnifatlarla buradan tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью