Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Alibaba” süni intellekt texnologiyalarına investisiya qoymaq üçün 10,2 milyard dollar dəyərində səhm satışı həyata keçirib.
“Bakupost” xəbər verir ki, şirkət 710 milyon səhmi hər biri 112,70 Honq Konq dollarına sataraq 80 milyard Honq Konq dolları, yəni təxminən 10,21 milyard dollar vəsait cəlb edib.
Şirkət əldə olunan vəsaitin süni intellekt texnologiyalarının inkişafına və infrastrukturun genişləndirilməsinə yönəldiləcəyini bildirib.
Səhm satışından sonra “Alibaba”nın səhmləri 8,5 faiz ucuzlaşıb. Bu, 2025-ci ilin əvvəlindən bəri şirkətin ən kəskin gündəlik enişi olub.
Vüsalə Hüseynova,
BakuPost