Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Bakı şəhərində fəaliyyət göstərən "Alibaba Game Lounge" restoranı cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, obyektin sahibi Mübariz Şərifov barəsində reklam qanunvericiliyinin pozulmasına görə inzibati xəta protokolu tərtib edilib.
Bildirilib ki, açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alınmadığından İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmasına baxmayaraq, Mübariz Şərifov iclasa qatılmayıb. Araşdırma zamanı məlum olub ki, sahibkar "Alibaba Game Lounge” adlı obyektin üzərində icazə olmadan açıq məkanda reklam yerləşdirib.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən maddəyə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan və ya icazə şərtlərini pozmaqla reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 1500–2500 manat, hüquqi şəxslər isə 5 000–10 000 manat məbləğində cərimə olunur.
Aydın