Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yerli istehsalın artmasında idxal məhsulları ilə qiymət fərqi də rol oynayır. Alıcı daha münasib qiymətli məhsula yönəlir və bu da həmin məhsulun istehsal həcminin artmasına şərait yaradır. Əgər yerli məhsul alıcının tələbinə, məmnuniyyətinə və büdcəsinə uyğundursa, bu, idxalın azalmasına təsir göstərə bilər".
Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova söyləyib.
Ekspertin sözlərinə görə, 2026-cı ilin yanvar-iyul aylarının statistik göstəricilərinə əsasən, idxal da, anbarlarda məhsul ehtiyatı da azalıb, istehsal isə artıb. Bu da istehlakçı davranışının dəyişdiyini və tələbin yüksəldiyini göstərir:
"Bununla belə, məhsul istehsalının artmasını sırf idxalın azalması ilə əlaqələndirmək olmaz. Əgər vitrindəki məhsulun qiyməti alıcının büdcəsinə uyğun deyilsə, sahibkar da xaricdən idxalı azalda bilər. Kolbasa və kolbasa məhsulları xüsusi saxlanma şəraiti tələb edir və tez xarab olur. Bu səbəbdən belə məhsullar uzun müddət vitrində saxlanıla bilməz. Əgər alıcının tələbi yerli məhsula deyil, idxal məhsuluna yönəlsəydi, yerli istehsalın azalması ehtimalı yüksək olardı”.
Sevinc Qarayeva