Alıcı taplmayan İstikbal Mobilya yenidən satışa çıxarıldı

31.03.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda Türkiyənin dövlət mülkiyyətində olan "İstikbal Mobilya Sanayi ve Ticaret AŞ"nin hər biri 1 TL nominal dəyərə malik 512 milyon payı hərrac yolu ilə satışa çıxarılıb.

Marja "Resmi Qəzet"in bugünkü sayında yayımlanan elana istinadən xəbər verir ki, hərracın təxmini dəyəri 16,5 milyard TL, hərraca iştirak üçün təminat isə 825 milyon TL olaraq müəyyən edilib. Hərrac 12 May tarixində keçiriləcək və təkliflər 11 May-a qədər verilə bilər.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

69 ildir fəaliyyət göstərir

1957-ci ildə qurulan "İstikbal" qonaq, yemək otağı mebelləri, yataq otağı mebellərindən uşaqlar və gənclər üçün otaq mebellərinə, yataq, baza və bağ mebellərinə qədər çoxsaylı məhsulları Kayseri, Sakarya və Diyarbakırda yerləşən 4 ayrı zavodda istehsal edir.

6 ay sonra yenidən satışa çıxarıldı

"İstikbal Mobilya" 6 ay sonra yenidən satışa çıxarılıb. Şirkət üçün daha əvvəl 30 Sentyabr 2025-də hərrac təşkil edilmişdi, lakin 12,5 milyard TL təxmini dəyər ilə alıcı tapılmamışdı.

2026-cı ildə 15 İyul çevriliş cəhdindən əvvəl və sonra aparılan FETÖ/PDY terror təşkilatı üzrə istintaq çərçivəsində "Boydak Holding" və holdinqə bağlı şirkətlər dövlət tərəfindən nəzarət götürülmüşdür. 

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью