Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi, II rüblə müqayisədə, 3.8% artıb.
Bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”məlumat yayıb.
İlkin mənzil bazarında (təmirsiz ev) 4.3%, təkrar mənzil (təmirli ev) bazarında isə qiymətlər 3.7% artıb.
KONKRET.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Sabah”a bildirib ki, mənzil bazarında qiymət artımı hələ də davam edir: “Bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların açıqladığı rəqəmlər arasında müəyyən fərqlər müşahidə olunur.
Həmin rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda nə qədər ki, vahid bazar indeqatorları mövcud deyil, bazarın araşdırılması qeyri-peşəkar şəkildə keçirilir.
Amma bazar üzrə ümumi qiymət artımlarının baş verdiyini təsdiq edə bilərəm.
Həqiqətən də, daşınmaz əmlak bazarının mənzil seqmentində əvvəlki illərlə müqayisədə bu il də qiymət artımları davam edir”.