“Aliexpress” türklərin istəyini rədd etdi

14.12.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ məşhur onlayn alış-veriş platforması “Aliexpress” İstanbulun bəzi massivlərinə məhsul çatdırmama ilə bağlı qərarını dəyişməyib. Türklərin şirkətə kütləvi müraciətləri rədd edilib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Dolapdərə, Tarlabaşı, Bağcılar kimi məhəllələri “Aliexpress” və “Amazon”un “qara siyahı”sındadır. Şirkətlər qadağanı sözügedən ərazilərdə terror və cinayət riskinin yüksək olması ilə əsaslandırır.

Qeyd edək ki, İstanbulun Dolapdərə məhəlləsi oğurluq və cinayətlə, Tarlabaşı narkotik dövriyəsi ilə, Bağcılar isə silahlı insidentləri ilə tanınır. Nəzərdə tutulan qadağanın nə zaman bitəcəyi ilə bağlı konkret vaxt məlum deyil.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью