Alim adının verilməsində beynəlxalq meyarlar əsas götürülməlidir, namizədin məqalələri xarici jurnallarda yayımlanmalıdır

17.12.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Alim” adını yalançı alimlərdən qorumaq lazımdır. Onun sözlərinə görə, son illər bu sahədə müəyyən işlər görülür, amma alimlərin bir-birinə qarşı dürüst münasibət sərgiləməməsi nüfuz itkisinə səbəb olur. Nazir hesab edir ki, son beş ildə beynəlxalq elmi jurnallarda məqaləsi olmayan şəxslər özlərinə “alim” deməyə utanmalıdır.“Yalançı alim” anlayışının qarşısını almaqda hansı konkret mexanizmlər və meyarlar tətbiq olunmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hər bir insan daşıdığı ada layiq olmaq üçün çalışmalıdır.

Ceyhun Məmmədov

“Mən hesab edirəm ki, bu məsələ ilk növbədə vicdanla bağlıdır. Hər kəs daşıdığı ada layiq olmağa çalışmalıdır. Alim adının verilməsində beynəlxalq meyarlar əsas götürülməlidir. Bu, bir reallıqdır ki, artıq alim adını daşıyan şəxsin xarici jurnallarda beynəlxalq səviyyədə məqalələri olmalıdır. Buna əsasən də onun nə dərəcədə güclü alim olduğu müəyyənləşdirilir. Məsələn; Google Scholar, Academia.edu kimi platformalarda alimlərin məqalələri və istinadları yer alır. Bu, onların elmi səviyyəsini müəyyənləşdirməyə imkan verir. Ona görə burda əsas meyar, beynəlxalq normalar və qaydalar götürülməlidir, onun əsasında bu prosesə əməl edilməlidir. Hazırda Elm və Təhsil Nazirliyi bu istiqamətdə sistem yaradır. Lakin ən vacibi odur ki, hər kəs bu ada və vəzifəyə şəxsi məsuliyyətlə yanaşsın.”

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью