Icma.az bildirir, Sherg.az portalına istinadən. Ararat Mirzoyanın Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlər müəyyən məqs
Onun sözlərinə görə, bugünkü respublika Azərbaycan SSR-in deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir.
XİN başçısı sovet dönəmindən əvvəl mövcud olmuş Azərbaycan Cümhuriyyətinin ərazisinin indikindən qat-qat böyük olduğunu bildirib: “AXC-nin torpaqları indiki Ermənistan ərazisinin 60 faizdən çoxunu əhatə edirdi.
Yəni bu məsələ bizi narahat edir, amma davamlı olaraq gündəmə gətirmirik.
Çünki Kontitusiya məsələsində problemin həllini sülh müqaviləsinin imzalanmasında görürük.
Sənəd təsdiqləndikdən sonra istənilən məsələ həllini tapa bilər".
Mirzoyan əlavə edib ki, Azərbaycan tərəfi davamlı olaraq Ermənistan Konstitusiyasına düzəliş edilməli olduğunu vurğulayır: "Onlar bildirirlər ki, bizim konstitusiyamız Azərbaycanın ərazi bütövlüyünü təhdid edən İstiqlal Bəyannaməsinə əsaslanır.
Narahatlıqları başadüşüləndir, lakin bu, tamamilə doğru deyil.