Alim Nəbiyev MMA də növbəti qələbəsini qazanıb, rəqibini 1 ci raundda nakaut edib

27.10.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Apasport.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib. O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

MMA üzrə dünya çempionatı: İdmançılarımızdan 1 gümüş, 1 bürünc "Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO Konor Makqreqor döyüşə bilməyəcək - diskvalifikasiya edilib III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - FOTO III MDB Oyunları: Azərbaycan qılıncoynadanları iki medal qazanıblar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью