Alim Qasımov GTA 6 dan nə qədər QAZANIB?

19.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alim Qasımov və Fərqanə Qasımovanın ifasının “GTA 6” videooyununda yer alması ilə bağlı maraqlı məqam üzə çıxıb. 

“Yeni Sabah” xəbər verir ki, Fərqanə Qasımova Ajans.az-a açıqlamasında bildirib ki, bu əməkdaşlıq maliyyə qarşılığı olmadan həyata keçirilib.

“Biz heç bir ödəniş almamışıq. Qarşılığı sadəcə böyük sevgidir. Muğamımızın tanınması üçün əlimizdən gələni etməyə hazırıq. Heç bir qarşılıq gözləmirik”, – deyə Fərqanə Qasımova qeyd edib. İnternetdən sifariş

Beləliklə, Azərbaycan muğamının beynəlxalq auditoriyaya təqdim olunması məqsədilə həyata keçirilən bu əməkdaşlıqdan sənətçilər maddi gəlir əldə etməyiblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью