Alim Qasımov Məktəbdə xalça üzərində oxumağından danışdı Kaspi nin LAYİHƏSİ | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Səhnədə mənim yanımda həmişə musiqiçilər olublar.
İndi burada tək-tənha dayanmışam, bu mənim üçün həddən artıq çətindir. Hər işin öz çətinliyi var, eləcə də bu işin.
Düzü, gələndə bir az tərəddüd edirdim. Mənimki odur ki, bir-iki mahnı oxuyub gedim.
Amma qismət oldu ki, bu gözəl uşaqların nurlu sifətlərini görürəm..." Oxu.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə layihəsinin qonağı Xalq artisti Alim Qasımovun zəhmət və istedaddan doğan həyat hekayəsi İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın kollektivi üçün layiqli örnək oldu.
Görkəmli xanəndə, Xalq artisti Alim Qasımovun "Məktəbdə" görüşü yağışlı, tufanlı havaya təsadüf etdi.
"Məktəb illərində tədbirlərdə çıxış edirdim" "Məktəb illərim yadıma düşdü.
Məktəbə gələndə bizə əvvəl idman elətdirir, sonra sinfə buraxırdılar, - deyə Alim Qasımov xatırlayıb.
- Biz sizin kimi təmirli, müasir məktəbdə oxumamışıq. Şamaxı rayonunun Nabur kəndindəki məktəbdə oxumuşam. Məktəbimiz kənd tipli olub.
Tam oxu
Xəbəri oxu