Alim Qasımov rep deməsindən DANIŞDI: “Mırt vurmuşam” VİDEO

18.07.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

​​​​​Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Sfera.az xəbər verir ki, xanəndə Xətai rayonunda “Əkinçi” qəzetinin yaranmasının illiyinə həsr olunmuş tədbirdə OLAY-a danışıb.

Muğam ifaçısı deyib ki, rep dediyi videoların paylaşılmasından xəbəri olmayıb:

“Mənim ondan xəbərim yoxdur. Kim yazıb pozur, onlarla işim yoxdur. Studiyaya getmişdim, “mırt vurmuşam”, o da paylaşılıb. Eybi yoxdur. Hər şey zarafatla başlayır, gerçəyə dönür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью