GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Alim Qasımovun villasını satışa çıxardığı haqda məlumat yayılıb. Bildirilir ki, o, evini 5 milyon manata təklif edir.
Unikal.az-ın yaydığı məlumata görə, sözügedən mülk Bakının Vorovski ərazisində, 12 sot torpaq sahəsində yerləşir.
Globalinfo.az məsələ ilə bağlı Alim Qasımovla əlaqə saxlayıb. Xalq artisti yayılan məlumatların doğru olmadığını bildirib:
“Evimin satışa çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu evdə ailəmlə birlikdə yaşayıram və satılmır”.
Zaira Akifqızı
Globalinfo.az