Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti Alim Qasımov bildirib.
“İzləyicilərimizin nəzərinə çatdırırıq ki, mahnımız Rockstar Games-lə rəsmi əməkdaşlığımız çərçivəsində istifadə olunur”, - o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan muğamı dünyanın ən çox gözlənilən videooyunlarından biri olan GTA 6 vasitəsilə beynəlxalq auditoriyanın diqqət mərkəzinə düşüb. Xalq artisti, dünyaşöhrətli xanəndə Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifası oyunun musiqi siyahısına daxil edilib və xarici oyun mediasının diqqətini çəkib.
Söhbət məşhur kanadalı müğənni Nelli Furtadonun “Say It Right” mahnısının Alim Qasımov və Fərqanə Qasımova tərəfindən muğam üslubunda təqdim edilən fərqli versiyasından gedir. Bu ifa GTA 6-nın “Kaleidoscope FM” radiostansiyasında səslənir.