Alim Qasımovun “GTA 6” uğurunun pərdəarxası Meneceri danışdı

23.11.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan “GTA 6”nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub.

Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, “GTA 6” layihəsi ilə bağlı Alim Qasımova 2025-ci ilin iyun ayında müraciət olunub.

Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələrdən sonra həmin ilin avqust ayında əməkdaşlıq müqaviləsi imzalanıb:

“İlk təklif gələndə bu barədə Alim Qasımova və Fərqanə Qasımovaya məlumat verdim. Onlar da öz fikirlərini bildirdilər. Dedilər ki, belə bir layihədə məhz Azərbaycan musiqisinin təmsil olunmasına şad olarlar. Beləliklə, “Rockstar” komandası ilə müzakirələr apardıq və 2025-ci ilin avqustunda rəsmi əməkdaşlıq müqaviləsi imzaladıq”.

İlkin Robin bildirib ki, layihə üçün Alim Qasımov və Fərqanə Qasımovanın ifasında konkret bir mahnı seçilib.

Menecerin sözlərinə görə, əməkdaşlığın əsas məqsədi Azərbaycan musiqisini qlobal auditoriyaya çatdırmaqdır:

“Bu əməkdaşlıqda ən böyük məqsədimiz Azərbaycan musiqisinin dünyada sevilən və geniş auditoriyaya malik belə bir layihədə yer almasıdır”.

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun ifasının “GTA 6”nın musiqi siyahısına daxil edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər xanəndəyə bu əməkdaşlıq müqabilində yüksək məbləğdə qonorar təklif edildiyini də iddia ediblər.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью