Alim Qasımovun nəticəsi oldu

26.05.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Xalq artisti Natiq Şirinov və Əməkdar artist Fərqanə Qasımovanın nəvəsi dünyaya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, N.Şirinovun oğlu Ümidin ikinci övladı doğulub. Onun oğlu olub. F.Qasımovanın qızı Fatimə ilə ailəli olan Ümid oğluna Natiq adını qoyduqlarını bildirib. 

"Bu gün dünyaya yeni bir Natiq Ritm gəldi… Xalq artisti Natiq Şirinovun nəvəsi Natiq. Natiq oğlu idim, Allah mənə Natiq atası olmağı da nəsib etdi. Şükür bu günümüzə, bu gözəl nemətə. Allah arzusunda olan hər kəsə bu sevinci yaşamağı qismət etsin" deyə, Ümid bildirib. 

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir. Ümid və Fatimə cütlüyünün bir qız övladı da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью