Alim: Uşaq 3 yaşına qədər danışmağı öyrənməlidir MÜSAHİBƏ | Icma.az
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Qarlı havada Dilçilik İnstitutuna müsahibəyə çox həvəssiz getmişdim.
Suallarımın hamısına neytral cavablar alacağımı düşünürdüm. Rasim Heydərov isə məni yaxşı mənada təccübləndirdi.
Bütün suallarıma maraqlı və konkret, hətta deyərdim açıq, cəsarətli cavablar verdi.
Kulis.az AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərovun APA-ya müsahibəsini təqdim edir.
- Əvvəlcə dilimizdə yaranan yeni sözlərdən başlayaq. Dilə gətirilən əcnəbi sözlərin qarşılığı hansı prinsiplə seçilir, yaradılır?
- Dilə söz elə-belə, özbaşına gəlmir. Dilə söz gəlirsə, bunun həm psixolinqvistik, həm də sosiolinqvistk səbəbləri var.
Hər hansı hadisə baş verməli və ya əşya yaranmalıdır ki, dildə ona uyğun söz yaransın. Heç kim özbaşına, öz yanından söz yarada bilməz.
Dilə gətirilən söz birbaşa dilə keçmir. Bu sözlər bir müddət nitq istisnası kimi istifadə edilir.
Tam oxu
Xəbəri oxu