Icma.az bildirir, Gununsesi portalına istinadən.
Ünvanlı dövlət sosial yardım məsələləri cəmiyyətdə ən çox sual doğuran məsələlərdən biridir.
Tez-tez xüsusilə aliment alan və ya verənlərin də bundan yararlanıb-yararlanmayacağı sual doğurur.
Maraqlıdır, aliment alan və ya verən şəxslər də sosial yardım ala bilərmi?
Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya danışıb.
O bildirib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, yardım ala biləcək şəxslərin siyahısında aliment alan və verən şəxslər də var.
“Əgər siz aliment alır və ya verirsinizsə, yenə də müvafiq göstəricilərə uyğun olmaqla ÜDSY üçün müraciət edə bilərsiniz. Lakin bunu da qeyd etmək lazımdır ki, ÜDSY verilməsi ilə bağlı qanuna əsasən, ailənin orta aylıq gəlirinin hesablanmasında faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır”, – deyə o bildirib.
Orxan