Aliment borcunu ödəməyən ata həbs olundu

08.08.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Tovuz rayonu, Qovlar qəsəbə sakini 8126 manat aliment borcunu ödəmədiyi üçün həbs olunub.

Bakıvaxtı.az  "Trend"ə istinadə məlumat verir ki, o, 2023-cü ildən başlayaraq 2 azyaşlı övladı üçün ödəməli olduğu 440 manat alimenti üzrsüz səbəbdən ödəməyib.

2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью