Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Braziliyalı keçmiş hücumçu Jo saxlanılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb. 38 yaşlı futbolçu noyabrın 18-də aliment ödəmədiyi üçün məhkəmə qərarı ilə saxlanılıb.
Jo artıq 4-cü dəfədir bu səbəbdən tutulur. O, daha əvvəl 3 dəfə tələb olunan məbləği ödədikdən sonra sərbəst buraxılmışdı.
Vaxtilə “Mançester Siti”də də çıxış etmiş hücumçunun aliment borcu təxminən 220 min braziliya rialıdır.