Aliment ödəməkdən boyun qaçıranlara XƏBƏRDARLIQ Yeni mexanizm YARADILA BİLƏR

07.03.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Məhkəmə qərarlarının icrası ilə bağlı şikayətlər sırasında aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi barədə şikayətlər çoxluq təşkil edib”.
Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
 

O bildirib ki, alimentin borclu tərəfindən müxtəlif səbəblərdən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, borclunun icra qurumlarından gizlənməsi məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.


“Mövcud boşluqlar nəzərə alınaraq, alimentlə bağlı məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrində də irəli sürülən təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılması günün tələbinə çevrilib”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью