Aliment ödəyənlərin DİQQƏTİNƏ: dəyişiklik edildi

03.04.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Alimentin artırılması ilə bağlı hər il yeni iddialar qaldırma dövrü artıq geridə qalır. Ali Məhkəmənin sabit pul məbləğində müəyyən olunan aliment məbləği ilə bağlı qaydaları aliment alan şəxslərin xeyrinədir".

Milli.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Xalid Abdullayev deyib.

O bildirib ki, bu qaydalar sabit gəliri olmayan aliment ödəyicilərinə şamil olunur.

Qeyd edək ki, qanunvericiliyə əsasən, 2025-ci ildə minimum əməkhaqqı 400 manat, alimentin minimum məbləği isə 246 manatdan az olmamalıdır. /Xəzər TV

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью