Alimenti ödəmədi, 2160 manat borcu yarandı Həbs edildi

24.09.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ağdaşda aliment borcunu ödəməyən şəxs barəsində inzibati həbs qərarı çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şəxs iki övladı üçün hər ay 240 manat aliment ödəməli olsa da, 2160 manat borc yaranıb.

Məhkəmədə o, işləmədiyi üçün alimenti ödəyə bilmədiyini bildirib. Hazırda işlədiyini və aylıq 200 manat maaş aldığını deyən şəxs borcu ödəməyə imkanının olmadığını söyləyib.

Məhkəmə isə onun işləməməsinin aliment öhdəliyinin icra edilməməsi üçün üzrlü səbəb olmadığını qeyd edib.

Qərarla həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 gün müddətinə inzibati həbs edilib. O, məhkəmə zalından dərhal həbsə alınıb.

Qeyd edək ki, inzibati həbs aliment borcunun ödənilməsi öhdəliyini aradan qaldırmır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью