Alimlər AÇIQLADI Yemək bişirmək beyni sağlam saxlayır

26.06.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yapon tədqiqatçılar açıqlayıblar ki, həftədə ən azı bir dəfə evdə yemək bişirmək yaşlı insanlarda demans riskini 30%-ə qədər, mətbəxdə yeni olanlarda isə 70%-ə qədər azalda bilər.
Bizim.Media "İndependent Türkcə"yə istinadla xəbər verir ki, 65 və daha yuxarı yaşda olan təxminən 11 min kişi və qadını əhatə edən 6 illik araşdırma üzə çıxarıb ki, daha tez-tez yemək bişirən insanlarda bu dağıdıcı neyrodegenerativ xəstəliyin riski aşağı düşüb.
Belə ki, yemək bişirmək həm yaxşı bir fiziki aktivlik növüdür, həm də beynin stimullaşdırılmasına kömək edir.
Həmçinin demansa yaxalanma ehtimalı kişilərdən demək olar ki, iki dəfə yüksək olan qadınlar həftədə bir dəfə hər şeyi sıfırdan hazırlayaraq yemək bişirdikdə onlarda demans riski kişilərlə müqayisədə 3% daha aşağı olub.
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью