Alimlər balın hüceyrə qocalmasına necə təsir etdiyini kəşf etdilər

18.11.2026

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər balın hüceyrə qocalmasına necə təsir etdiyini kəşf etdilər

İtalyan alimləri çöl çiçəklərindən alınan arı balının dəri hüceyrələrinin təbii müdafiə mexanizmlərini gücləndirə və ultrabənövşəyi şüalanmanın təsirini azalda biləcəyini kəşf etdilər.

Gələcəkdə bu xüsusiyyət kosmetologiya və dermatologiyada tətbiq oluna bilər.

Ultrabənövşəyi şüalanma dərinin vaxtından əvvəl qocalmasının əsas səbəblərindən biridir. Günəş işığı hüceyrələrə zərər verir, oksidləşdirici stressə səbəb olur və dəri xərçəngi riskini artırır. Bu müstəvidə də İtaliyadakı Sassari Universitetinin tədqiqatçıları çöl çiçəklərindən alınan arı balının hüceyrələrin bu təsirlərinə qarşı müalicədə kömək edə biləcəyini aşkar ediblər.

Bal uzun müddətdir antioksidan, iltihab əleyhinə və yara sağaldıcı xüsusiyyətləri ilə tanınır. Onun əsasında hazırlanmış ixtisaslaşdırılmış tibbi məhsullardan artıq yanıqları və mürəkkəb yaraları müalicə etmək üçün istifadə olunur.

Təcrübə üçün alimlər insan dərisinin laboratoriya modelini yaratdılar. Bəzi hüceyrələr 48 saat ərzində 1%-li çiçək balı məhlulu ilə müalicə edildi, sonra ultrabənövşəyi işığa məruz qaldı.

Məlum oldu ki, balla müalicə olunmuş hüceyrələr daha aydın qoruyucu reaksiyalar nümayiş etdiriblər. Tədqiqatçılar artan antioksidan aktivliyi, toxuma bərpası ilə əlaqəli genlərin ifadəsinin artması və bəzi yaşlanma markerlərinin aktivliyinin azalmasını qeydə alıblar.

Tədqiqatçı Fikie Fulya Kavakın sözlərinə görə, bal hüceyrələrə xəstəliklərdən qorunma və yenilənmə prosesləri arasında tarazlığı qorumağa kömək edib. Ümidverici nəticələrə baxmayaraq, alimlər tədqiqatın yalnız laboratoriya şəraitində aparıldığını vurğulayırlar. Balın birbaşa insan dərisinə oxşar təsir göstərib-göstərmədiyi hələlik tam şəkildə məlum deyil.

Bal günəşdən qoruyucu kremin əvəzedicisi kimi istifadə edilməməlidir, çünki onun UVA və UVB şüalanmasından qorunma effektivliyi hələlik klinik cəhətdən sübut olunmayıb.

Mütəxəssislər hazırda balın təsir mexanizmlərini öyrənir və onun aktiv tərkib hissələrindən xüsusi nanofiber materiallar hazırlayırlar. Gələcəkdə bu cür texnologiyalar dərini ətraf mühitin mənfi təsirlərindən qorumağa yönəlmiş yeni kosmetik vasitələrin əsasını təşkil edə bilər.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью