Alimlər balıqlarda da boyun tapdılar

20.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əsrlər boyu biologiya elmində belə bir qəbul olunmuş qayda var idi: həqiqi boyun yalnız dördayaqlı quruda yaşayan heyvanlara məxsusdur, balıqların isə başı birbaşa gövdələrinə bitişikdir. Lakin Liverpul Universitetinin tədqiqatçıları bu klassik anlayışı alt-üst ediblər. Onlar təklif edirlər ki, fəqərələrin sayından asılı olmayaraq, başın bədəndən müstəqil hərəkət etməsinə imkan verən hər bir fəqərə sütunu hissəsi elə "boyun" hesab olunmalıdır.

Bu inqilabi nəticəyə gəlmək üçün alimlər müasir rentgen videoyazı texnologiyasından istifadə ediblər. Onlar göyqurşağı alabalığı, dəniz şeytanı (balıq-qurbağa) və salamandraların qidalanma anını lentə alaraq hərəkət edən skeletlərin üçölçülü modellərini qurublar. Nəticələr hər kəsi heyrətə gətirib: bəlli olub ki, alabalılıq yeməyə tərəf başını qaldırmaq üçün onurğasının üçdə ikisini qatlayır, balıq-qurbağa isə başını hərəkət etdirmək üçün fəqərələrini burur və açır. Bu cür mürəkkəb hərəkətləri dördayaqlı heyvanlara uyğunlaşdırılmış köhnə anatomik qaydalarla izah etmək imkansız idi.

Yeni yanaşma bütün onurğalıların bədən quruluşunu vahid sistemlə müqayisə etməyə və boynun təkamülünü ən qədim dövrlərdən izləməyə imkan verir. Alimlər indi ilk dördayaqlıların müasir analoqu sayılan salamandraları daha dərindən araşdırırlar. Onların boynunun həm suda, həm də quruda necə işlədiyini öyrənmək, canlıların sudan quruya keçid prosesindəki ən böyük boşluqlardan birini dolduracaq.

Sözün əsl mənasında, 1940-cı illərin anatomik müşahidələrinə və müasir Vizualizasiya texnologiyalarına söykənən bu araşdırma, canlı balıqların onurğasındakı gizli hərəkətləri ilk dəfə gözlərimiz qarşısına sərir. Məlum olur ki, suyun altında yaşayan dostlarımız da düşündüyümüzdən çox daha çevik və "boyunlu" imişlər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью