Alimlər beyində xatirələrin necə birləşdiyini müəyyənləşdirib

07.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

ABŞ-də aparılan araşdırma beyində müxtəlif bölgələrdə formalaşan məlumatların vahid xatirəyə necə çevrildiyini ortaya çıxarıb.

BAKU.WS xəbər verir ki, Kaliforniya Universitetinin San Dieqo şəhərindəki tədqiqatçıları saniyənin onda biri qədər davam edən elektrik impulslarının beynin uzaq bölgələrini eyni ritmdə fəaliyyət göstərməyə vadar etdiyini müəyyənləşdiriblər.

Alimlər epilepsiya müalicəsi alan 35 pasiyentin beynindəki 1373 neyronun fəaliyyətini elektrodlar vasitəsilə izləyiblər. Araşdırma zamanı yüksək tezlikli elektrik dalğalarının beynin müxtəlif nahiyələrində eyni vaxtda yarandığı müşahidə olunub.

Nəticələrə görə, bir-birindən 22 santimetrədək uzaqda yerləşən neyronların eyni vaxtda siqnal ötürmə ehtimalı 30-49 faiz artıb. Bu sinxronluğun beyində ayrı-ayrı məlumatların birləşdirilməsinə və vahid düşüncə və xatirənin formalaşmasına kömək etdiyi bildirilir.

Tədqiqatçılar yaddaş yükü artdıqca bu ritmik əlaqənin də gücləndiyini müəyyən ediblər. Alimlər mexanizmin sağlam beyində necə işlədiyini və gələcəkdə yaddaş pozuntularının müalicəsində istifadə edilə biləcəyini araşdıracaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью