Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
1990-cı illərdə doğulan insanların əvvəlki nəsillərlə müqayisədə bioloji baxımdan daha sürətlə qocaldığı müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin alimləri 164 mindən çox insanın qan göstəricilərini araşdıraraq müxtəlif nəsillərin bioloji yaşlanma sürətini müqayisə ediblər.
Nəticələr göstərib ki, 1990-cı illərdə doğulanlarda bioloji yaşlanma 1960-cı illərin sonlarında doğulanlarla müqayisədə daha sürətlidir. Araşdırmaya görə, sürətli bioloji yaşlanma 55 yaşadək ağciyər, bağırsaq və uşaqlıq xərçənginə tutulma riskinin artması ilə də əlaqəlidir. Online shopping Azərbaycan
Ən sürətli yaşlanan qrupda bu xərçəng növlərinə tutulma riski ən yavaş yaşlananlarla müqayisədə 15 faiz yüksək olub.
“Nature Medicine” jurnalında dərc edilən tədqiqatda alimlər bu tendensiyanın səbəblərini hələ tam müəyyənləşdirə bilməyiblər. Növbəti mərhələdə yaşlanmanı sürətləndirən ətraf mühit, həyat tərzi və sosial amillərin araşdırılması planlaşdırılır.