Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Danimarkalı və beynəlxalq alimlərin apardığı yeni araşdırma göstərib ki, Roma imperiyasının yolları heç də yalnız Romaya doğru istiqamətlənməyib.
Tədqiqatçılar eramızdan əvvəl 753-cü ildən eramızın 476-cı ilinə qədər Roma imperiyasının təxminən 300 min kilometr yol şəbəkəsini xəritələndiriblər. Araşdırmaya görə, yol şəbəkəsinin əsas qovşaqları arasında Antioxiya, Ankira və Bizans da olub.
Arxeoloq Tom Brukmansın sözlərinə görə, Roma imperiyanın dominant şəhəri olsa da, yol şəbəkəsinin mərkəzi olmayıb. Bu baxımdan “bütün yollar Romaya aparır” ifadəsi daha çox simvolik məna daşıyır.
Araşdırma göstərib ki, qədim yolların yalnız təxminən üçdə biri daşla döşənib. Təxminən 200 min kilometr yol isə çınqıldan ibarət olub.
Romalılar relyef imkan verdiyi yerlərdə mümkün qədər düz marşrutlara üstünlük veriblər. Lakin dağlar, çaylar və yaşayış məntəqələri yolların istiqamətinə təsir göstərib.
Maraqlıdır ki, qədim Roma yollarının sıxlığı bir çox ərazidə müasir avtomobil yollarının yerləşməsi ilə üst-üstə düşür.
S.ELAY
XQ