Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31.10.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər 2-ci tip diabetdən əziyyət çəkən insanların əzələlərində yüksək miqdarda olan Miro1 zülalının orqanizmin insulinə reaksiyasını zəiflədə biləcəyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, bu zülalın aradan qaldırılması laboratoriya modellərində əzələlərin insulinə həssaslığını bərpa edib.

Diabet və piylənmədən əziyyət çəkən insanlar üzərində aparılan tədqiqatda isə aerob fiziki məşqlərin əzələlərdə Miro1 səviyyəsini azaltdığı, insulinə həssaslığı və enerji istehsalını yaxşılaşdırdığı müşahidə olunub.

Alimlər bildirirlər ki, bu kəşf gələcəkdə diabetin müalicəsi üçün yeni üsulların hazırlanmasına yol aça bilər.

Bununla belə, Miro1 zülalını hədəf alan müalicənin insanlar üçün təhlükəsiz və effektiv olub-olmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalar lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью