Alimlər diabetin yaranma mexanizmi ilə bağlı yeni məlumat əldə ediblər

05.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Diabetlə mübarizədə aparılan elmi araşdırmalar xəstəliyin yaranma səbəblərini daha dərindən öyrənməyə imkan verir. Yeni tədqiqatlar göstərir ki, orqanizmdə insulin istehsal edən hüceyrələrin fəaliyyətinin qorunması gələcəkdə diabetin qarşısının alınması və müalicəsində mühüm rol oynaya bilər.

Bu barədə “Sayens Deyli” elmi informasiya nəşrində qeyd olunub. 

Nəşrdə dərc edilən araşdırmada alimlərin insulin istehsal edən hüceyrələrdə zülalların düzgün işləməsi ilə bağlı yeni mexanizm aşkar etdiyi bildirilib.

Araşdırmanın nəticələrinə görə, insulin istehsal edən hüceyrələrdə müəyyən köməkçi zülalların fəaliyyəti pozulduqda zədələnmiş maddələr toplanır və hüceyrələrin normal fəaliyyəti zəifləyə bilər. Alimlər hesab edirlər ki, bu mexanizmin daha yaxşı öyrənilməsi diabetin inkişaf prosesini anlamağa və yeni müalicə üsulları hazırlamağa kömək edə bilər.

Mütəxəssislərin fikrincə, müasir tibbdə əsas istiqamətlərdən biri yalnız xəstəliyin əlamətlərini azaltmaq deyil, onun yaranmasına səbəb olan bioloji prosesləri hədəfə almaqdır. Bu baxımdan hüceyrə səviyyəsində aparılan araşdırmalar gələcəyin müalicə üsullarının əsasını təşkil edə bilər.

Alimlər vurğulayırlar ki, diabet mürəkkəb xəstəlikdir və onun müalicəsində genetik amillər, həyat tərzi və hüceyrə prosesləri birlikdə nəzərə alınmalıdır. Yeni elmi nəticələr isə xəstəliyin daha dəqiq öyrənilməsi üçün mühüm addım hesab olunur.

Səhiyyə sahəsində belə araşdırmalar gələcəkdə fərdi müalicə üsullarının inkişafına, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və diabetlə mübarizədə daha səmərəli yanaşmaların yaranmasına imkan verə bilər.

N.Adilqızı
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью