Alimlər DNT nin Günəş şüalarından qorunma sirrini açıqladılar

24.11.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

 

ABŞ alimləri həyatın Yer kürəsində ilkin dövrlərdə güclü ultrabənövşəyi şüalanmadan necə qoruna bildiyinə dair yeni nəticələr əldə ediblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Texas A&M Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatçılar DNT-nin əsas tərkib hissələrindən biri olan timin molekulunu öyrəniblər. Məlum olub ki, molekul ultrabənövşəyi şüalanmanın təsiri zamanı yaranan bəzi zədələnmələri daha asan bərpa edilə bilən formaya çevirə bilir.

Alimlər timin və RNT-nin tərkibindəki urasil molekullarını laboratoriya şəraitində ultrabənövşəyi şüaların təsirinə məruz qoyaraq onların reaksiyalarını müqayisə ediblər. Məqsəd təkamül prosesində DNT-nin niyə əsas genetik informasiya daşıyıcısına çevrildiyini daha yaxşı anlamaq olub.

Araşdırma ilk canlı sistemlərin Yer atmosferində qoruyucu ozon qatının formalaşmasından əvvəl necə yaşaya bildiyinə dair yeni elmi izah təqdim edir. Bununla belə, həyatın yaranmasının bütün mərhələləri hələ tam aydınlaşdırılmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью