Alimlər geomaqnit vəziyyətinin pisləşə biləcəyi barədə xəbərdarlıq ediblər

27.01.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Yer kürəsində geomaqnit vəziyyəti yanvarın 28-də Günəşdəki koronal boşluğun təsiri səbəbindən bir qədər mürəkkəbləşə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyasının Telegram kanalında məlumat verilib.

“Sabah koronal boşluğun təsiri nəticəsində geomaqnit indekslərində cüzi artım gözlənilir. Günəş küləyinin sürəti və sıxlığı orta səviyyədədir”, — deyə məlumatda bildirilir.

Alimlər qeyd ediblər ki, son sutka ərzində güclü qütb parıltıları müşahidə olunmayıb və yaxın 24 saatda da gözlənilmir.

Eyni zamanda, İKİ RAN-da vurğulanıb ki, Günəşin alışma (partlayış) aktivliyi hazırda orta səviyyədədir və bu səviyyənin qorunacağı ehtimal olunur.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью