Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (SB RAN) alimləri ötən il müşahidə olunan ən iri Günəş ləkələri kompleksinin tamamilə yoxa çıxdığını bildiriblər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, söhbət Günəşin görünən diskində noyabrın sonlarında yaranmış 4294, 4296 və 4298 indeksli ləkələr qrupundan gedir. Bu kompleksdəki ən böyük strukturların ölçüsü Yer kürəsinin diametrini bir neçə dəfə üstələyirdi. Mütəxəssislərin sözlərinə görə, Günəş ləkələrinin sayının azalması adətən alışma (partlayış) aktivliyinin zəifləməsindən və ya tamamilə olmamasından xəbər verir.
Dekabrın əvvəlində ləkələr kompleksi Günəş–Yer xətti üzərindən keçsə də, anomal dərəcədə böyük ölçülərinə baxmayaraq, sakit qalıb. Pik dövrdə onun ümumi sahəsi Günəş yarımkürəsinin təxminən 2300 milyonda bir hissəsinə çatıb ki, bu da müşahidələr tarixində ən yüksək göstəricilərdən biri hesab olunur. Müqayisə üçün alimlər qeyd ediblər ki, XXI əsrdə ən güclü radiasiya fırtınasına səbəb olan 4341 saylı sahənin ölçüsü cəmi 500 vahid olub.
İKİ RAN-da bildirilib ki, yoxa çıxan bu nəhəng ləkələr qrupu heç bir ciddi maddə və enerji atımı yaratmayıb. Bütün proseslər Günəşin daxilində başa çatıb və Yerə yaxın kosmik mühitə təsir göstərməyib.
Nuriyyə NATİQQIZI