Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər

15.11.2024

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Mütəxəssislərin fikrincə gələcək anaların günlük qida rasionuna toyuq yumurtası əlavə etməklə, vaxtından əvvəl doğuş riskini azaltmaq, uşaqda çəki azlığının və hamilələrdə meydana çıxan depressiyanın qarşısını almaq olar.

Bundan əlavə fol turşusu ilə zəngin olduğundan yumurta körpələrdə beyin patologiyalarının riskini azaldır.

Zəngin kimyəvi tərkibə malik olan yumurta bir çox vacib vitamin və mineralların ideal mənbəyi sayılır. Onun tərkibinə A, D, E, bütün B qrupu vitaminləri daxildir. Həmçinin yumurta bir çox vacib mineralların (fosfor, kükükrd, kalium, kalsium, dəmir, maqnezium, mis, selen və s.) qaynağıdır. /Milli.Az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью