Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər

16.11.2024

Icma.az, Saglamolun saytına istinadən bildirir.

AZƏRTAC bildirir ki, mütəxəssislərin fikrincə gələcək anaların günlük qida rasionuna toyuq yumurtası əlavə etməklə, vaxtından əvvəl doğuş riskini azaltmaq, uşaqda çəki azlığının və hamilələrdə meydana çıxan depressiyanın qarşısını almaq olar.

Bundan əlavə fol turşusu ilə zəngin olduğundan yumurta körpələrdə beyin patologiyalarının riskini azaldır. 

Zəngin kimyəvi tərkibə malik olan yumurta bir çox vacib vitamin və mineralların ideal mənbəyi sayılır. Onun tərkibinə A, D, E, bütün B qrupu vitaminləri daxildir. Həmçinin yumurta bir çox vacib mineralların (fosfor, kükükrd, kalium, kalsium, dəmir, maqnezium, mis, selen və s.) qaynağıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью