Alimlər ilbiz növünə Keyt Flintin adını verdilər

29.11.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Macarıstan və Çin paleontoloqları təxminən 99 milyon il əvvəl yaşamış yeni quru ilbiz növü aşkarlayıblar.

Axşam.az xəbər verir ki, “Archaeospirostoma flinti” adlandırılan növə Britaniyanın “The Prodigy” qrupunun solisti Keyt Flintin adı verilib. Buna səbəb ilbizin qabığındakı tükəbənzər çıxıntıların musiqiçinin saç düzümünü xatırlatması olub.

Fosil Birma kəhrəbasında tapılıb. Alimlər nümunəni rentgen mikrotomoqrafiyası vasitəsilə araşdıraraq onun üçölçülü modelini yaradıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью