Alimlər infarkt və insulta səbəb olan 4 əsas amili müəyyən etdilər | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-dakı Şimal-Qərb Universitetində kardioloq Filip Qrinlandın rəhbərlik etdiyi bir qrup alim ürək tutmalarından əvvəl gələn dörd əsas amili müəyyən edib.
AzPost bildirir ki, bu barədə araşdırma Science Alert elmi jurnalında qeyd edilib.
Bu əlamətlərin qarşısının alınması ciddi xəstəlik riskini demək olar ki, sıfıra endirməyə kömək edə biləcəyi qeyd olunur.
Materialda deyilir ki, bu amillərə yüksək qan təzyiqi, yüksək xolesterol, yüksək qan şəkəri və tütün çəkmə (keçmişdə və ya indiki) daxildir.
Qrinlandın sözlərinə görə, bu amillər tədqiqatda iştirak edən 9 milyon insanda bütün ürək-damar hadisələrinin 99%-dən əvvəl baş verib.
Professor əlavə edib ki, ürək-damar hadisələrinin riski ən aşağı olan 60 yaşdan kiçik qadınlar arasında belə ürək tutmaları və ya insultun 95%-dən çoxu bu mövcud risk faktorlarından biri ilə əlaqəli olub.
Bundan əlavə, yüksək qan təzyiqinin ən çox ürək-damar hadisələri ilə əlaqəli olduğu aşkar edilib.
Tam oxu
Xəbəri oxu